PREZİDENT YENİ NAZİR MÜAVİNİ TƏYİN ETDİ - Sərəncam + DOSYE

Elm və təhsil nazirinə yeni müavin təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə Həsən Həsənli təyinat alıb.

Qeyd edək ki, Həsən Həsənli 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. O, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2009-2013-cü illərdə Böyük Britaniyanın Bristol və Kembric universitetlərində ictimai siyasət və siyasi elmlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.

2015-2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

Həsən Həsənli Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

İngilis və rus dillərini bilir.

635x100

Şərhlər

Əsgər 2023-01-31 15:25:56

Hərbi xidmət keçə bilər. Bəs niyə müharibədə iştirak etməyib,qazi olayıb,şəhid olmayıb?

Gəncəli 2023-01-31 15:24:12

Vəzifə pul iş ancaq Naxçıvanlılar erməmistanlılar üçündür. Millətin qalan bpyük hissəsini insan yerinə sayan yoxdur

Azərbaycanlı 2023-01-31 15:17:30

NAXÇIVAN KLANI?

Hadı 2023-01-31 13:02:26

Bu Həsən müəllim heç bir kresloda yerini qızdırmağa macal tapmamış ildırım sürəti ilə yeni vəzifəyə təyinat alıb ki..

Son yazılar