“Azərbaycan səfirliyinə hücum İran hakimiyyətinin xəbəri olmadan baş verə bilməzdi” - Ariel Koen

“Azərbaycanın Tehrandakı səfirliyinə bağışlanmaz hücuma İranın beynəlxalq diplomatik konvensiyalara əməl etməməsi kontekstində baxmaq lazımdır”.

Bunu "Report"a açıqlamasında “Atlantic Council” Elmi-Tədqiqat Mərkəzinin baş elmi işçisi, Beynəlxalq Vergi və İnvestisiya Məsələləri Mərkəzinin enerji, artım və təhlükəsizlik üzrə direktoru Ariel Koen deyib.

Onun sözlərinə görə, səfirliyə hücum İran hakimiyyətinin xəbəri olmadan baş verə bilməzdi: "Səfirliyi qorumalı olan polisin hücum zamanı heç nə etməməsi də bunu sübut edir. Bununla da İran rəsmi Bakıya qarşı düşmən münasibətini ifadə edir. Azərbaycan öz əhalisini, suverenliyini və milli maraqlarını qorumaq üçün əlindən gələni edə bilər və etməlidir”.

A.Koen bildirib ki, İranın səfirliyə hücumu Azərbaycanın daha uğurlu, dünyəvi ölkə olması, dünyada böyük nüfuza malik dövlət kimi tanınması ilə bağlıdır.

Ekspert xatırladıb ki, Azərbaycan səfirliyinə hücum İran tarixində ilk hadisə deyil: “Biz İranda səfir olan məşhur rus şairi Aleksandr Qriboyedovun XIX əsrdə parça-parça edilərək öldürülməsindən başlaya bilərik. Bundan başqa, 1979-cu ildə ABŞ-İran münasibətlərində ən dərin böhrana səbəb olan ABŞ səfirliyinə hücumu da unutmaq olmaz”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar