Ermənistan Avropa İttifaqının pullarını İrana ötürür – “O şirkət “SEPAH”-ın nəzarətindədir...”

Ermənistanın Dövlət Gəlirləri Komitəsi İranın «Tana Energy Management» şirkəti ilə Meğri keçid məntəqəsinin modernləşdirilməsi üzrə tikinti işlərinin aparılması üçün 18 milyon 495 min avro dəyərində müqavilə imzalayıb.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, bu barədə SRC sədri Rüstəm Badasyan məlumat verib. O, görülən irimiqyaslı işlərə görə bütün beynəlxalq tərəfdaşlara, xüsusilə də Avropa İttifaqına, Avropa Yenidənqurma və İnkişaf Bankına xüsusi təşəkkürünü bildirib.

“Tikinti işləri 2026-cı ildə başa çatacaq, nəticədə müasir nəzarət-buraxılış məntəqəmiz olacaq”, - Badasyan bildirib.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bu məlumatı şərh edərkən bildirib ki, Ermənistan Avropa İttifaqının pullarını terroru himayə edən İrana verir".

“Ermənistan Avropa Komissiyasının 18495000 milyon avro vəsaiti İran şirkəti "Tana Energy Menecment"ə köçürub. Şirkət İranın Avropa İttifaqının terrorçu təşkilatlar siyahısına daxil edilmiş "SEPAH"a yaxınlığı ilə tanınır”, - o qeyd edib.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar