“BİR RƏSULZADƏ XATİRƏSİ...” – “Həmin anlar nə qədər acı olsa da, lentə ala bildim” (VİDEO)

Bu gün – yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Sosial şəbəkələrdə, yerli mediada onun fotoları, səs yazısı, xatirələri paylaşılır. Tanınmış rejissor Tahir Əliyev isə “Feysbuk” səhifəsində Rəsulzadənin nəvəsi Ramiz Rəsulzadə haqqında videopaylaşım edib. 

“AzPolitika.info” rejissorun yazdığı “Bir Rəsulzadə xatirəsi”ni oxuculara təqdim edir: “Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Ramiz Rəsulzadə ilə dostluq edirdim. Bir gün zəng gəldi ki, Ramiz bəy yolda hüşunu itirib yıxılıb. Kameramı götürüb xəstəxanaya getdim. Təxminən 3 saat sonra vəfat etdi. Həmin anlar nə qədər acı olsa da, lentə ala bildim. Ruhun şad olsun! 

Naxçıvan, 2000-ci ilin xatirəsi”.

635x100

Şərhlər

X 2023-01-31 15:14:32

Məkanı cənnət olsun. Çox üzüldüm

Son yazılar