Menu

Tarif Şurası: 48 dərman vasitəsinin qiyməti təsdiq edilib - 31-nin qiyməti dəyişib

31.01.2023, 16:23
Tarif Şurası: 48 dərman vasitəsinin qiyməti təsdiq edilib - 31-nin qiyməti dəyişib

Tarif Şurasının iclası keçirilib.

İclasda yeni dövlət qeydiyyatına alınan 48 dərman vasitəsinin qiyməti təsdiq və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 31 dərman vasitəsinin qiymətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 7.1-ci bəndinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ın 4.1-ci bəndinə uyğun olaraq dəyişikliklər edilib.

Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 690 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Şərhlər

t.ədalət 2023-01-31 18:37:31

Xalq deyir ki,Türkiyədə 9 manata olan dərmanlar Azərbaycan apteklərində niyə 39 manata satılır?Demir ki,Taarif şurası yenə də xalqın əleyhinə gedib qiymətləri bahalaşdırsın?Xalq deyir ki,səhiyyə nazirliyi dərmanın xaricdəki qiyməti ilə Azərbaycandakı qiyməti arasında olan fərqə görə cinayət nəzərdə tulsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol