"Erməni-fars ideoloqları yenə də suyu bulandırmağa və Azərbaycana qarşı məkrli oyunlar oynamağa başlayıblar. Onların hansı məqsədə xidmət etmələri Azərbaycan xalqına yaxşı məlumdur".
Bu fikirləri Demokrat.az-a açıqlamasında xalq artisti, tanınmış rejissor şeyx Əbdül Mahmudbəyov bildirib.
Onun sözlərinə görə, Tehrandakı Azərbaycan Səfirliyində törədilən terror aktı beynəlxalq məsələ kimi dünyanın diqqətindədir:
"Bu, ölüm-dirim məsələsidir. O boyda terror aktı törədilib, İran Azərbaycan xalqından üzr istəmək əvəzinə özündən şou düzəldir. Mən hər aman demişəm ki, ermənilər və farslar eyni ideologiyaya xidmət edirlər.
Mən rejissoram, yayılmış kadrlara dəfələrlə baxmışam. Səfirliyimizə edilən silahlı hücum açıq şəkildə əvvəlcədən planlaşdırımış terror aktıdır. Bu terror aktının arxasında da İranın böyük məqsədləri yatır".
Şeyx Əbdül Azərbaycana qarşı xaricdən kampaniya aparan "söyüş blogerləri"nə də cavab verib:
"Xaricdəki "söyüş blogerləri"ndən olan Tural Sadıqlı və Orxan Məmmədov şəhid diplomatımızın ruhunu aşağılayaraq, İran molla rejiminin təlimatları ilə çıxış etməyə başlayıblar. Xaricdəki həmin blogerlər erməni-fars mənafeyinə xidmət edən məxluqlardır. Mən onlara müraciət edirəm: İranın təlimatları ilə Azərbaycana qarşı olan çirkin əməllərinizə son qoyun. Bu adamların satqın olmasına Azərbaycan xalqının zərrə qədər şübhəsi yoxdur. Onlar xalqımızın nifrətini qazanıblar".


Şərhlər
Sadəcə bir məsələ var ki, ........... söyüş bloggeri deyil,əksinə tərbiyəli,qanacaqlı biridir. Amma digərlərini apar tulla,haqlısınız.
Şeyx Əbdülnən 100% razıyam, həmişə sözün düzünü, Xalqın, Millətin sözünü deyib, gözəl aktyor və rejissordur, bir sözlə ziyalı kimi həmişə Xalqının yanındadır...
Şeyx Əbdülnən 100% razıyam, həmişə sözün düzünü, Xalqın, Millətin sözünü deyib, gözəl aktyor və rejissordur, bir sözlə ziyalı kimi həmişə Xalqının yanındadır...
Dünyanın 2-ci bir ölkəsi yoxdur ki bizdəki kimi 100-lərlə milyardları bir qrup yesin,qalanlar da gecə zibil yeşiklərindən çörək qırıntısı yığsınlar və kimsə də bir kəlmə desə dilini kəsirlər.
Ay "şeyx" bu nala mıxa vurmaqla nə demək istədiyini niyə açıq bildirməkdən yayınırsan.Bu ümumi sözlərlə istəyin nədir?DEmək istəyirsən ki, sən də varsan? İnsan əməlləri ilə sayılmalıdır.Boş,adressiz sözlər insanı ucalda bilməz!Öxünə iş tap!
Bu məxluqlar bu millətə bir ləkədirlər.Mən muxalif düşüncə sahibiyəm.Onlar hansı qüvvələrə xidmət edirlər bəllidi.Amma bizim bu günku hakimiyyət Milli Məclisi demokratikləşdirməli ,parlamentə muxalif düşüncə gətirməklə bu ləyaqətsizləri baykot edə bilər.Məncə bu gün aparılan xaici siyasərtin kəsərini də məhz bu yolla artırmaq olar.Amma biz hələ də üzünü parlament stullarinda görməkdən ikrah hissi keçirdiyimiz şəxslərin boş mədhlərini eşitmək məcburiyyətindəyik...
QURBAN MƏMMƏDOVU ƏRƏSTUN ORUCLUNU NUYƏ DEMİRSİZ.ONLARIN BİRİ AMERİKADA BİRİ DƏ LONDONDA OTURUB DÖVLƏTİMİZ ÜÇÜN XALQIMIZ ÜÇÜN OLMAZIN ŞƏR BÖHTAN YAĞDIRIRLAR.44 GÜNLÜK QARABAĞ MÜHARIBƏMİZİN QƏLƏBƏSİNİ HƏZM EDƏ BİLMİRLƏR.HEÇ BİR DÖVLƏTDƏ BELƏ BİABIRÇILIQ YOXDUR.XARİCDƏ OTURUB ERMƏNİLƏRİN HESABINA XALQI,DÖVLƏTİ RÜSVAY EDİRLƏR AXI BUNA ERMƏNİLƏR VƏ BAŞQA XALQLAR DA BAXIRLAR.ƏRƏSTUN ORUCLUNUN BURNUNU SOXMADIĞI DEŞİK YOXDUR. TƏRTƏR FACİƏSİ ADI İLƏ ZƏRƏRÇƏKMİŞLƏRİ BOĞAZA YIĞIBLAR. ONLARI QIZIŞDIRMAQLA OLMADIĞI ŞEYLƏRİ DƏ SÖYLƏMƏLƏRİNİ TƏLƏB EDİRLƏR ÖZÜ DƏ DAYANMADAN.BELƏ YARAMAZ BUNLARIN SUSDURULMAĞIN YOLLARINI ARAMALIYIQ.
Axır vaxtlar nala-mıxa çox vurursan,səndən baş açmaq olmur