Menu

Xüsusi xidmət Avakovun evində axtarış aparıb

01.02.2023, 13:58
Xüsusi xidmət Avakovun evində axtarış aparıb

Ukraynanın sabiq Daxili İşlər naziri Arsen Avakovun evində axtarış aparılıb.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Avakovun evində və ofisində aparılan axtarışları Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna İstintaq Bürosu həyata keçirib.

Məlum olub ki, axtarışlar Avakovun nazir olduğu dövrdə Fransadan alınmış “Airbus” helikopterləri ilə bağlıdır. Belə ki, bir müddət əvvəl məhz həmin helikopterlərdən birinin qəzaya uğraması nəticəsində Ukraynanın Daxili İşlər naziri və bir neçə yüksək vəzifəli məmur həlak olublar. Hələ ki, hüquq-mühafizə orqanları axtarışın nəticələri barədə açıqlama verməyiblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol