Menu

"Lufthansa" İrana uçuşları dayandırıb

01.02.2023, 17:01
"Lufthansa" İrana uçuşları dayandırıb

Almaniyanın "Lufthansa" aviaşirkəti İrana uçuşları dayandırıb.

APA "Iran International"a istinadən xəbər verir ki, Almaniya hava yolları şirkəti İranın İsfahan şəhəri yaxınlığında yerləşən silah-sursat fabrikinə dron hücumundan sonra təhlükəsizliklə əlaqədar bu qərarı verib.

“Milli və beynəlxalq tərəfdaşlarla birlikdə "Lufthansa Group Security" Tehran hava limanı və bütün İran hava məkanı üçün gəliş-gedişlər üçün təhlükəsizlik vəziyyətini qiymətləndirməyə davam edir”, - aviaşirkət yaydığı məlumatda bildirib.

Qeyd edək ki, Avstriya və İsveçrə aviaşirkətləri də yanvarın 29-dan Tehrana uçuşları ləğv edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol