Menu

Azərbaycanda kredit faizləri yenidən artacaq? – İqtisadçı yaranacaq durumu açıqladı

02.02.2023, 12:33
Azərbaycanda kredit faizləri yenidən artacaq? – İqtisadçı yaranacaq durumu açıqladı

Mərkəzi Bankda hesab edirlər ki, depozit gəlirlərində güzəştlərin ləğvindən sonra banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Yəni, güzəşt müddəti uzadılmazsa, əmanət gəlirləri vergiyə cəlb olunarsa o halda banklar depozitlər üzrə faizləri artıracaq. Bank vətəndaşa daha çox dividend ödəyəcək ki, vergi çıxılandan sonra onun depozit gəlirində azalmas baş verməsin.

İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, bu, Azərbaycanda kredit fazilərinin yenidən artacağına işarədir. Onun sözlərinə görə, Mərkəzi Bankın özünün metodologiyasında da bank kreditlərinin faizlərinin yüksək olmasını depozitlərin bahalılığı ilə əlaqələndirir.

“Deməli, depozit faizlərin artması kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacaq. Yəni, əmanət gəlirləri vergiyə cəlb olunarsa o halda kreditlər bahalaşacaq”, - o qeyd edib.

İqtisadçı əlavə edib ki, Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 19 milyard 594 milyon manatdır. O xatırladır ki, ölkə üzrə orta kredit faizi 14.13 faiz, ən bahalı kreditlər isə Mil-Muğan iqtisadi rayonundadır: 20.43 faizdir.

“Bu rəqəmlər təbii ki, orta kredit faizləridir. İstehlak kreditləri üzrə faizlər qeyd olunanlardan daha yüksəkdir”- deyə, deputat bildirib.

Xatırladaq ki, banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində vergidən azad edilmişdi. Belə ki, “Vergi Məcəlləsi”nin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad idi. Ancaq bu müddət dünən başa çatdı.

Rasim

“AzPolitika.info”

Şərhlər

2+2=4 2023-02-02 13:37:08

Ayə öylə döölü...)))) yazırsan ki...1.”Mərkəzi Bankda hesab edirlər ki, depozit gəlirlərində güzəştlərin ləğvindən sonra banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək”....Mərkəzi bankda sənin kimi düz hesab etmirlər, banklar depozit faizlərini yalnız bir halda qaldıra bilər- kreditlərə üzrə faiz dərəcəsi yüksəlsin. Depozitlər üzrə faiz dərəcələrinin vergiyə cəlb olunması isə əhalinin əmanətlərinin banklardan geri çəkməsi riskini formalaşdırır, o da ki, hazırki vəziyyətdə- bazarda alternativ alətlərin olmaması, əhalinin əlində olan nağd pul kütləsinin yüksək miqdarı, bu artımın davam etməsi səbəblərindən gözlənilən deyil;.....2....“bu, Azərbaycanda kredit fazilərinin yenidən artacağına işarədir”....bu, yox..., iqtisadiyyatda qiymətlər səviyyəsindəki gözlənilən artım, inflyasiyanın yüksək səviyyəsi ilə bağlı pula olan tələbin artımı kredit faizlərinin artımına işarədir... kreditlər üzrə faizlərin artımından sonra depozitlər üzrə faiz dərəcəsində artım və əhalinin itirdikləri gəlirlərinin nominal bərpsı baş verəcəyi gözləniləndir.......əlifbadı bu, ayə....))))))))))))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol