Menu

“Qiymət artımından “K Group” MMC 3-4 milyon qazanacaq” - İqtisadçı

02.02.2023, 15:07
“Qiymət artımından  “K Group” MMC 3-4 milyon qazanacaq” - İqtisadçı

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ildə avtobus və metro nəqliyyatdından 1 milyard 529 milyon 902 min 800 sərnişin istifadə edib. Bunun 1 milyard 321 milyon 206,7 milyonu avtobuslardan, 208 milyon 696,1 min nəfəri isə metrodan istifadə edənlərin payına düşür.

“AzPolitika.info” xəbər verir ki, bunu iqtisadçı Allahverdi Aydın bildirib. 

O xatırladır ki, DSK 2022-ci ildə Bakı şəhərində nə qədər sərnişinin avtobus və metro nəqliyyatdından istifadə etdiyi hələ açıqlamayıb: “Amma, əvvəlki illərə baxanda açıq görülür ki, ümumi sərnişinlərin ən azı 50%-i Bakının payına düşür. Məsələn, pandemiyadan əvvəlki 2019-cu ildə sərnişinlərin ümumi sayı 1,9 milyard olub və bunun 50%-i - 990 milyonu Bakının payına düşüb”.

İqtisadçının sözlərinə görə, minimum gediş haqqının 30 qəpik olduğunu nəzərə alsaq, Bakıda sərnişinlərin ödədiyi ümumi məbləğ ötən il təxminən 230 milyon manat edib: “Bu məbləğin 5%-i yəni təxminən 11,5 milyon manatı “Bakı Kart”a xidmət göstərən “K Group” adlı şirkətin hesabına gedib. İctimai nəqliyyatda gediş haqqı 40 qəpik olandan sonra “K Group” MMC əlavə olaraq təxminən 3-4 milyon manat qazanacaq. Sözügedən MMC isə Bakı Nəqliyyat Agentliyinin (BNA) sədri Vüsal Kərimliyə bağlıdır”.

Rasim

“AzPolitika.info”

Şərhlər

Fidan 2023-02-02 17:32:19

Şirkətlər Tarif şurasına rüşvət təklif edib qiymətləri artırır.Tarif şurası Beləliklə milət günü-gündən ağır duruma salınır.Bəs ölkə rəhbərliyi nə düşünür?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol