Menu

Naxçıvan Universitetinə yeni rektor təyin edildi - FOTO

02.02.2023, 17:50
Naxçıvan Universitetinə yeni rektor təyin edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında yeganə özəl universitet olan Naxçıvan Universitetinə yeni rektor təyin edilib. “Report”un yerli bürosunun məlumatına görə, bununla bağlı təsisçi müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu vəzifəyə Kazımov Anar Altay oğlu təyin edilib.

Əvvəllər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışan A.Kazımov bu gün kollektivə təqdim edilib.

Məlumatı universitetin Mətbuat Xidməti təsdiqləyib.

Qeyd edək ki, dosent A.Kazımov bu təyinatadək Dövlət İqtisad Universitetində çalışırdı.

Universitetin sabiq rektoru Nurlana Əliyeva isə prorektor vəzifəsində universitetdəki fəaliyyətini davam etdirəcək.

Şərhlər

İM 2023-02-02 22:23:14

Azərbaycanın bölgələrində yaşayıb Naxçıvan Universitetinin (ikinci təhsil) Hüquq fakultəsində qiyabi təhsil alan məzunların diplomları araşdırılmalıdır!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol