Menu

Aİ Rusiyaya qarşı 10 milyard avroluq məhdudiyyətlər tətbiq edəcək

04.02.2023, 00:07
Aİ Rusiyaya qarşı 10 milyard avroluq məhdudiyyətlər tətbiq edəcək

Brüsselin fevralın 24-dək tətbiq etməyi planlaşdırdığı Aİ-nin Rusiyaya qarşı onuncu sanksiyalar paketi 10 milyard avroluq məhdudiyyətləri nəzərdə tutur.

Bunu cümə günü Kiyevdə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen, Aİ-Ukrayna sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

“Onuncu sanksiyalar paketi yoldadır, onun dəyəri 10 milyard avro olacaq. Bu, yenə də irimiqyaslı paket olacaq”, - o deyib.(Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol