Alman tankları Rusiya ərazisinə hücum etməyəcək – Yaxın günlərdə Ukraynaya 88 “Leopard” göndəriləcək

Almaniya hökumət sözçüsü Steffen Hebestreit cümə günü bildirib ki, Almaniya öz ehtiyatlarından Ukraynaya “Leopard 1” tanklarının ixracına icazə verib.

“AzPolitika.info” alman mediasına istinadla xəbər verir ki, tankların ümumi sayı 88-dir, onlar “Rheinmetall” istehsalçısının anbarlarındadır. Tədarüklər yaxın həftələrdə başlaya bilər.

Bundesverdə xidmətdə olan əvvəlki əsas tank modeli, "Leopard 1" - 1980-ci illərin ortalarından etibarən istehsal olunmur. Onları daha müasir modifikasiyalı "Leopard 2"-lər əvəzləyib. Bununla belə, "Leopard 1" hələ də dünyanın bir çox ordusunda xidmətdədir və daim təkmilləşdirilir. Ukraynanın ala biləcəyi 88 tankın dəyəri 100 milyon avrodan çoxdur.

“Süddeutsche Zeitung” qəzetinin yazdığına görə, köhnə “Leopard” modeli yenisindən fərqli çaplı mərmilərdən istifadə edir, ona görə də sursat çatışmazlığı riski var. Ukraynaya hərbi yardım göstərən ölkələr bu problemi həll edəcəklər.

Yanvarda Almaniya uzun tərəddüddən sonra həm birbaşa Bundesverin ehtiyatlarından, həm də əvvəllər bu tankları almış Aİ ölkələrindən “Leopard 2” əsas döyüş tanklarının Ukraynaya çatdırılmasına razılıq verdi. Beləliklə, Kiyev ən azı 112 ədəd alman tankı ala bilər. Onların iki-üç ay ərzində Ukraynada peyda ola biləcəyi gözlənilir. Kiyev və Berlin bəyan etdilər ki, Rusiya ərazisində dünya birliyi tərəfindən rəsmi olaraq tanınan sərhədləri daxilində tanklardan istifadə edilməyəcək. Texnikadan yalnız Ukrayna ərazisinin azad edilməsi üçün istifadə olunacaq.

ABŞ həmçinin 31 “Abrams” tankını Ukraynaya təhvil verməyə hazır olduğunu açıqlayıb.

Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Berlinin tanklarla bağlı qərarını “son dərəcə təhlükəli” adlandırıb. "Qərar münaqişəni yeni qarşıdurma səviyyəsinə çıxarır və alman siyasətçilərinin AFR-nin böhrana qarışmayacağı ilə bağlı bəyanatlarına ziddir", - Neçayev bildirib.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar