“Medvedev 2011-ci ildə Putini öldürə bilərdi” - DTK zabiti

Rusiyalı diktator Vladimir Putin 2011-ci ilin dekabrında dəli olub - o zaman Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev olub, rusiyalılar isə küçələrə çıxıblar. Həmin vaxt Medvedevin imkanı olub ki, öz rəqibini aradan götürsün.

Bu barədə Natalya Moseyçuka müsahibəsində Rusiya Federasiyasının keçmiş kəşfiyyatçısı və DTK əməkdaşı Sergey Jirnov danışıb («UNİAN»).

Onun fikrincə, Putin 2011-2012-ci illərdə psixoloji baxımdan sınıb.

«Onun psixoloji baxımdan sınması 2011-2012-ci illərdə baş verib - o, Medvedevi öz əvəzinə taxtda oturdan zaman. Guya o, dörd il özünə kənardan baxıb… Hər şeydən dəhşətlisi 2011-ci ilin dekabrında baş verib, nə zaman ki, kifayət qədər küçələrə çıxışlar baş verib, belə maraqlı, ağ şariklərlə, lentlərlə, Moskva ziyalılarının müsiqisi ilə və Putin əleyhinə «bomonda» ilə. O, bundan çox qorxdu. O, daha bir şeydən qorxdu - gördü ki, Medvedevin reytinqi Putinin özünün reytinqindən yüksək olur və Medvedevin real imkanı var ki, ikinci müddətə qalsın. Qayıdan Putindənsə Medvedev yaxşıdır» - Jirnov deyib.

Eks-kəşfiyyatçının sözlərinə görə, o zaman Putin anladı ki, bir daha heç kimə öz hakimiyyətini verməsin. Üstəlik də o, əmin olub ki, hakimiyyətini özünə qaytara biləcək.

«O, real olaraq, öz hakmiyyəti uğrunda döyüşdü, çünki Medvedev sadəcə, onu aradan götürə bilərdi, sadəcə Lefortovaya ata bilərdi - qapını bağlayardı və privet. Və ya - Putin ölərdi. Ürək tutması, adam xəstələnir və ölür, bağışlayın. O, çox bərk qorxdu və o zaman hər şey onun başında baş verdi. O anladı ki, hakimiyyəti heç kimə vermək olmaz, ümumiyyətlə, heç kimə və heç vaxt» - Jirnov deyib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar