Menu

“Çirkli əllərini ölkəmizdən çəkin!” - Türkiyə DİN başçısı ABŞ səfirinə

05.02.2023, 00:00
“Çirkli əllərini ölkəmizdən çəkin!” - Türkiyə DİN başçısı ABŞ səfirinə

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ABŞ-ın Ankaradakı səfirini Türkiyəni «qarışdırmaqda» günahlandırıb və «çirkli əllərini onun ölkəsindən çəkməyə» çağırıb.

Bu barədə fevralın 3-də RİA Novosti xəbər verib.

Türkiyəli nazir bəyan edib: «Mən buradan Amerika səfirinə deyirəm: mən bilirəm, siz hansı jurnalistə yazmısınız, öz çirkli əllərinizi Türkiyədən çəkin! Mən sizə çox aydın deyirəm: öz çirkli əllərinizi Türkiyədən çəkin! Mən dəqiq bilirəm, siz nə etmisiniz, hansı addımı atmısınız və Türkiyəni necə qarışdırmaq istəyirsiniz. Çirkli əllərinizi çəkin, maskalı sifətləri Türkiyədən uzaq tutun!»

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol