Menu

Broyler toyuqları getdikcə niyə ağırlaşır?

16.11.2014, 20:56
Broyler toyuqları getdikcə niyə ağırlaşır?

Kanadanın “Poultry Science” elmi qurumu apardığı araşdırma nəticəsində müəyyən edib ki, yetişdirilən toyuqların geni illər keçdikcə onların çəkilərinin ağırlaşması istiqamətində dəyişdirilir.

Mütəxəssislər 1957, 1978 və 2005-ci illərdə yütişdirilmiş toyuqlar arasındakı fərqi araşdırıblar (ans press). Hər üç ildə yetişdirilən toyuqlara əlavə heç bir hormon və ya qida verilməyib. Üçü də eyni yeməyi günün eyni zamanlarında yeyiblər.

Bəlli olub ki, 1957-ci ildə yumurtadan yeni çıxan cücə toyuq olana qədər keçirdiyi müddətdə 905 qram ağırlığa çatıb. 1978-ci ildə eyni cücə toyuq olana qədər 1 kiloqram 808 qram çəki yığıb. 2005-ci ildə isə cücə toyuq olana qədər keçən müddətdə 4 kiloqram 202 qram ağırlığa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol