Menu

Foqts getdi, millimiz yenə uduzdu: AZƏRBAYCAN 0-1 NORVEÇ

16.11.2014, 23:23
Foqts getdi, millimiz yenə uduzdu: AZƏRBAYCAN 0-1 NORVEÇ

Azərbaycan yığması meydana çıxdığı 4-cü oyununda da məğlub olub

Bu gün AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. ANS PRESS-in məlumatına görə, Azərbaycan milli komandası evdə meydana çıxıb.

Budəfəki rəqibimiz Norveç olub. "Bakcell Arena"da keçirilən matçda yenə məğlub olub.

Belə ki, yarım saatın tamamına 5 dəqiqə qalmış Havard Nortveyt topu qapımızdan keçirib.

Fasiləyə məğlub yollanan komandamız 2-ci hissədə oyunda dönüş yaratmağı bacarmayıb. Matç 0:1 hesabı ilə Norveç yığmasının xeyrinə başa çatıb.

Millimiz meydana çıxdığı 4-cü oyununda da məğlub olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol