Menu

Quş qripi yenidən fəallaşıb

17.11.2014, 09:06
Quş qripi yenidən fəallaşıb

Virusa yoluxduğu ehtimal edilən 150 minə yaxın toyuq məhv edilib

Dünya ictimaiyyəti ölümcül Ebola virusundan yaxa qurtarmamış bir müddət əvvəl ictimaiyyət arasında təlaşa səbəb olan quş qripi virusu yenidən fəallaşıb.

Ötən gün Hollandiyada virusa yoluxduğu ehtimal edilən 150 minə yaxın toyuq məhv edilib.

Rəsmilər quşlarda virusun yeni H5N8 (Haş-5, En-8) növünü aşkarlayıblar. Virusun həmçinin, təmas olduğu halda, insanlara da yoluxmaq riski var.

Virusun qarşısını almaq üçün 30 gün müddətində ölkə ərazindən quşçuluq məhsullarının nəqliyyatına qadağa qoyulub.

Ölümcül virus paytaxt Amsterdamın 65 kilometrliyində yerləşən Hekendorp kəndində aşkarlanıb. Ekspertlər virusun noyabr ayının 4-ündə Almaniyanın şimal-şərq hissəsində müşahidə olunan virusla eyni olduğunu məruzə ediblər.

2008-ci ildə Avropa və Asiyada geniş yayılan quş qripi 300-ə yaxın insanın həyatına son qoymuşdu.

Qərbi Afrikada geniş yayılan Ebola virusuna qarşı isə, mübarizə təbdirləri davam etdirilir.

Ötən gün, eyni zamanda, Çinin səhiyyə təşkilatları da virusa qarşı mübarizəyə qoşulublar. Yevranyuz telekanalının verdiyi məlumata görə, azı 160 səhiyyə işçisi Liberiyaya gəlib. Çin rəsmiləri bir qədər əvvəl Ebolaya qarşı mübarizəyə 1000-ə yaxın tibbi heyət cəlb olunacağını bildirmişdilər.

Qeyd edək ki, Liberiya, Qvineya və Syera-Leonedə yayılan virus indiyə qədər 5 mindən çox insanın həyatına son qoyub. /Euronews

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol