Avstraliyanın Brisban şəhərində Böyük 20-lik sammitində Qərb liderləri tərəfindən Ukraynada baş verənlərə görə sərt tənqid edilən Putin sammtini yarımçıq saxlayaraq, yatmağı qərara alıb.
Bu haqda “Al Jazeera” yazır.
Putinin sözlərinə görə, uzun uçuş sonrası onun istirahətə ehtiyacı olub.
Qeyd edək ki, 2 günlük sammitdə dünya liderləri növbəti illərdə dünyanın iqtisadi inkişafı mövzusunda müzakirələr aparıblar.
ABŞ prezidenti Barak Obama və onun çinli həmkarı Xi Yinping 2018-ci ilə kimi iqtisadiyyatda 2.1 %-lik artıma nail olmalarından və bu artım nəticəsində milyonlarla iş yerlərinin açılmasından söz açmışlar.
Rusiya Prezidentinin tədbiri tez tərk etməsi xəbəri “Al Jazeera” xəbər agentliyinin müxbiri Endryu Tomas tərəfindən çatdırılıb. O, “Lakin bu danılmaz faktdır ki, o Qərb liderləri tərəfindən sərt şəkildə qınandı.” deyə bildirib.
Kanada Baş naziri Harperin sözcüsü Ceyson MakDonaldın məlumatına əsasən, Baş nazir Putinə “Mən düşünürdüm ki, sizinlə əl sıxaraq bu sammitdə görüşəcəm. Ancaq deyiləsi bir söz qalıb: Siz Ukraynadan çıxmalısınız.” deyə bildirib.
Britaniya Baş naziri Devid Kemeron rəsmi Moskvanın Ukrayna böhranını sona çatdırmağa çağırıb və lazim gələrsə, Aİ-nin sanksiyaları artıracağını söyləyib.
Daha sonra Kemeron jurnalistlərə müsahibəsində “Zənnimcə, Böyük 20-lik sammiti Avropa və ABŞ-nin növbəti illərdə Rusiyaya qarşı mövqeyinin açıq şəkildə bildiirlməsinə zəmin yaratdır.” deyə bildirib.
“Bizim Ukrayna ilə işimiz yoxdur.”
Bu ifadəni Böyük 20-lik sammitini erkən tərk edən Rusiya prezidenti Vladimir Putin bildirib.
“Biz bura gəlmək üçün Vladivostokdan 9 saat müddətində təyyarədə olmuşuq. Birinci gün geri qayıdırıq, yenə Vladivostoka 9 saat, oradan da Moskvaya 9 saat uçmalıyıq. 4-5 saatlıq yuxu bizim də haqqımızdır.” deyə Rusiya prezidenti qeyd edib.
Putin həmçinin Avstraliya Baş naziri Toni Ebbota dəvətə görə təşəkkür edib, baxmayaraq ki, MH-17 təyyarəsinin vurulmasında asvtraliyalı Baş nazir Putini sərt şəkildə tənqid etmişdi. Çünki hər kəs həmin təyyarənin üsyançılar tərəfindən, məhz Rusiyanın ötürdüyü raketlə vurulmasına əmindir. Rəsmi Moskva isə hadisədən özünü məsul görmür
Kaliforniya Universitetinin rəqabətcil siyasət üzrə professoru Stiven Fiş Rusiyanın fasilə verməli olduğunu söyləyir.
“İndiyə kimi Putin Qərbə qarşı siyasəti ilə Rusiyadakı əhalinin rəğbətini qazanırdı. Lakin indi, o təkcə ABŞ-a və ya hansısa Avropa ölkəsinə qarşı deyil. İndi o bütün dünyaya qarşıdır.” deyə o, “Al Jazeera”ə müsahibəsində bildirib. /eunews.az/


Şərhlər