Menu

Müdafiə nazirinin müavini Türkiyənin Gəncədəki Baş konsuluna başsağlığı verib

07.02.2023, 17:45
Müdafiə nazirinin müavini Türkiyənin Gəncədəki Baş konsuluna başsağlığı verib

Fevralın 7-də müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

General-leytenant Ə.Əfəndiyev Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması ilə bağlı başsağlığı verib. Azərbaycanın hər zaman dost və qardaş ölkə Türkiyənin yanında olduğunu qeyd edib.

Baş konsul R.Öztop isə öz növbəsində göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol