Azərbaycan hökumətinin dəhşətli zəlzələdən zərər çəkən qardaş Türkiyə xalqına humanitar yardım kampaniyasına vətəndaşlar da qoşulub. 

"AzPolitika.info" xəbər verir ki, bu gün səhər saatlarından etibarən minlərlə yardımsevər Türkiyə səfirliyinin elan etdiyi ünvana axın edib.

Yatacaq, yorğan-döşək, isti geyim, gigiyenik məhsullar, elektrik avadanlıqları - kimin imkanı nəyə çatırsa, qardaş ölkədə zəlzələdən zərər görən insanlara göndərib.

Xatırladaq ki, Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Diplomatik nümayəndəlikdən bildirilib ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.

Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.

Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır.

Rasim

“AzPolitika.info”

PhotoStock.Az-ın əməkdaşının yardım kampaniyası ilə bağlı ərazidən hazırladığı reportajı təqdim edirik:

akət nəticəsində 5 775 bina dağılıb.