Türkiyə millisinin və İtaliya “Yuventus”unun futbolçusu Melih Demiral, portuqaliyalı hücumçu Kriştiano Ronaldonun şəxsi kolleksiyasında yer alan mzalı formasını hərraca çıxarıb.
Bu barədə 25 yaşlı müdafiəçi özünün “Twitter” səhifəsində paylaşım edib.
Hazırda icarə əsasında “Atalanta”da çıxış edən oyunçu bildirib ki, bu addımı ölkəsindəki zəlzələ qurbanlarına kömək məqsədilə atıb:
“Ronaldo ilə danışdım, baş verənlərə görə çox üzüldüyünü bildirdi. Hərracdan əldə ediləcək bütün vəsait zəlzələ zonası üçün istifadə olunacaq”.



Şərhlər