“Bütün imkanlarımızı səfərbər etdik, dövlət bütün imkanları ilə AFAD başda olmaqla fəaliyyətləri bələdiyyələrlə birgə icra edir. Kahramanmaraş və digər 9 vilayətimizdə vətəndaşlarımız narahat olmasınlar, əsla küçələrdə qalmalarına icazə verməyəcəyik”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə baş vermiş dəhşətli zəlzələnin fəsadları barədə danışarkən deyib: “Antalya, Alanya və Mersin kimi bölgələrdəki otellərlə danışıqlar apardıq. Vətəndaşlarımız istəsələr, onları bu bölgələrdəki otellərə yerləşdirməyə hazırıq. Yemək-içmək, bütün ehtiyacları bu otellərdə təmin olunacaq.
Təxribatçılara fürsət verməməyinizi istəyirəm. Bu gün birlik olma zamanıdır. Zərərin müəyyənləşdirilməsi ilə birlikdə ailələrə dəstəyimizi verəcəyik. Hər ailəmizə 10 min lirə çatdıracağıq”.


Şərhlər