Menu

İran şahının oğlu revanşa hazırlaşır – Azərbaycanlılar ona dəstək verəcəkmi?

09.02.2023, 17:21
İran şahının oğlu revanşa hazırlaşır – Azərbaycanlılar ona dəstək verəcəkmi?

İranın devrilmiş şahının oğlu Rza Pəhləvi yenə fəallaşıb. O Vaşinqtonda İran rejiminə müxalif olan qüvvələri bir araya toplamağa çalışır.

Dünyanın müxtəlif ölkələrinə səpələnən şah tərəfdarları Rza Pəhləvinin xeyrinə imza kampaniyası təşkil ediblər. Rza Pəhləvi hakimiyyətə iddia etmədiyini vurğulasa da, İranda keçid hökuməti yaradıb azad və demokratik seçki keçirə biləcəyi qənaətindədir. Yəqin şahın oğlu hesab edir ki, 1979-cü il inqilabında Xomeyni sığınacaq tapdığı Parisdən Tehrana qayıtdığı kimi, o da bu ssenari ilə İranın paytaxtına qayıda bilər.

Rza Pəhləvinin atası da hakimiyyətdə olduğu illərdə yağlı vədlər verir, İranın inkişafını sürətləndirəcəyini bildirirdi. Nəticə bugünkü İrandır. 

Şahın oğlu düşünür ki, İranda rejimə qarşı mübarizəyə rəhbərlik edə bilər. Məsələ burasındadır ki, İrandakı etiraz xaotikdir, müxtəlif şəhərlərdə küçələrə çıxanların təşkilatı və liderləri yoxdur. Bu mümkün də deyil, rejim etirazı təşkil edən təşkilatı və lideri dərhal məhv edər. Şahın oğlu bu vəziyyətdə hərəkata xaricdən rəhbərlik edəcəyini planlaşdırır. Ancaq kürd qrupları çıxmaq şərtilə İrandakı digər etnik qrupların Pəvləhi sülaləsinə inamı yoxdur. Fars millətçiliyi baxımından Pəhləvi sülaləsinin indiki rejimdən fərqi yoxdur.

Pəhləvi və indiki rejimin azərbaycanlılara münasibəti oxşardır. Azərbaycanlıların assimilyasiyası və sıxışdırılması siyasəti Pəhləvi sülaləsinin hakimiyyətə gəldiyi illərdən başlayıb, indikilər davam etdirir. Bu səbəbdən Qərb ölkələrindəki güney azərbaycanlı fəalların Rza Pəhləvi ilə eyni platformada yer alması çətin görünür. Əlbəttə, rejimin dəyişdirilməsi və keçid hökumətinin formalaşdırılması ideyası pis deyil. Ancaq Rza Pəhləvi İranın gələcək quruluşu və ən böyük etnik qrup olan azərbaycanlılara hansı haqlar verəcəyi mövzularına toxunmur. Vəd verilsə belə yerinə yetiriləcəyinə zəmanət yoxdur. İndiki rejim də hakimiyyətə yiyələnənə kimi xeyli vəd vermişdi, islamçılar vədlərini unutmaqla yanaşı şahın devrilməsində rol oynayanları qısa zamanda neytrallaşdırdılar. Ona görə də haqları uğrunda mübarizə aparan azərbaycanlılar indiki rejimdən narazı olduqları kimi, şahın Amerikadakı oğlunun arxasınca getməyə də üstünlük verməyəcəklər.

Güneyli fəallar rejimə qarşı mübarizədə optimal yol axtarışındadırlar.

“Atlas” Araşdırmalar Mərkəzi

Şərhlər

adam 2023-02-09 21:18:26

p....x yeyir, şahın oğlu özündən betər olaxaq. Molla bu iştahlı şah küçüyünün yanında muştuluq olar, Allah eləməsin!

Roma 2023-02-09 20:31:30

Mən, İranda hakimiyyətin istənilən qüvvələr tərəfindən dəyişikliyini dəstəkləyirəm, belə ki, ən mürtəce üsul-idarə indiki molla rejimidir. Hakimiyyət dəyişikliyi İranda bir sıra islahatlara yol açmış olar ki, bundan da qeyri-fars millətlər bəhrələnərlər. O ki, qaldı Rza Pəhləviyə o da hakimiyyətə gələrsə, indiki rejimdən yaxşı olar, belə ki, anası Azərbaycanlıdır və bütün bu illərdə bir yerdə olublar, şirinli-acılı illər yaşayıblar...

t.ədalət 2023-02-09 19:42:02

İran azərbaycanlıları şahın oğluna dəstək verməklə özlərini yenidən zülmün ocağına ata bilərlər.Rejimin bütün üzvləri,iqtidar və ya müxalifət olsun,Azərbaycan türklərinin düşmənləridirlər.

korrektor 2023-02-09 19:23:17

mehtər rza şah oldu , öləndə də basdırmağa torpaq tapa bilmirdilər, oğlu da atasının yolunu getmək istəyir. ona qətiyyən dəstək vermək olmaz.Çünki gədadan şah olmaz.

Vətəndaş 2023-02-09 18:54:24

Indiki vəziyyətdən istifadə edib Cənub Qardaşlarımız İranın tərkibindən çıxmalıdır. Biz də onlara kömək olmalıyıq və birləşməlyik. Birləşib 50-60 milyonluq bir ölkə olsaq Türkiyə ilə birlikdə bir daha heç kim bizi işğal edə bilməz. Bu fürsəti də əldən versək o taylı bu taylı həmişə əsarətdə olacağıq. Fars Rus rejimi bizi yenə də uzun illər əzəcəklər.Necə ki indi.

dadaşyev 2023-02-09 18:01:47

Eşşək həmin eşşəkdi,çulunu dəyişmək istəyirlər yəni.İran deyə dədə-babadan "Ərən" adlı türk torpaqları olmuş bir məkana 1925-ci ildə baban kimi “çarvadar qılıqlı agent”lər vələddüzzinasını,heyvan oğlu heyvanı hökmdar edib başına tac qoyanların barmaqlarına iki palka Tviks şokoladı sürtüşdürüm ki dadı damaqlarında qalsın okeanın o tayında.Cənublu bacı-qardaşlarım farsın “qədim təməli” olan pəhləvi babanın 1946-da güneydəki demokratik Azərbaycanı necə qan içində boğduğunu unudarmı heç?Nəbadə inanasınız bu pəhləvi-fars köpəyuşağına.Qanımızı içməyə hərisdi bunlar.İçərlər doymazlar.

Eli 2023-02-09 17:35:53

Bu adam Türkün düşmeni olan Rza Pehlevinin nevesidir,tarix unudulmur,anası türk-azerbeycanlı olsa ermeniden heç bir ferqi yoxdur ve Güney Azerbaycan öz haqqı uğrunda vuruşub mğsteqil bir dövlet olmalıdır,ilkin merhelede.Düzdür bu indiki veziyyetde çıx qurbanlar teleb edir,ancaq başqa yol bizi mehve aparacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol