Menu

Aİ Rusiyaya qarşı 10-cu sanksiyalar paketini hazırlayır

09.02.2023, 17:57
Aİ Rusiyaya qarşı 10-cu sanksiyalar paketini hazırlayır

Biz növbəti sanksiyalar paketində Putinin təbliğatçılarını hədəf alacağıq.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Ötən həftə Kiyevə səfərimiz zamanı da siz, Prezident Zelenski, bu məsələni qeyd etdiniz, bu, bizim diqqətimizdədir. Biz Putinin təbliğatçılarını növbəti sanksiyalar paketinə daxil edəcəyik. Çünki onlar yalan yayırlar və cəmiyyətin düşüncəsini zəhərləyirlər”, - Avropa Komissiyasının prezidenti bildirib.

O əlavə edib ki, növbəti sanksiyalar paketinə Rusiyadan ixrac olunan daha çox mallar daxil ediləcək.

Ursula von der Leyen qeyd edib ki, əsas məqsəd Kremlin "müharibə mühərriki"nə maliyyə dəstəyinin kəsilməsinə nail olmaqdır.

Aİ Şurasının Prezidenti Şarl Mişel də sanksiyalar paketinin masa üzərində olduğunu və müzakirə edildiyini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol