Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin tibb personalına təşəkkür edib
Bu barədə "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir.
"Bu, Azərbaycanın bizə verdiyi dəstəyə görə çox qiymətlidir. Həm insanımıza kömək edirsiz, həm də birlikdə çalışırıq. Allah sizdən razı olsun, minnətdaram. Qardaşın qardaşa borcu olmaz", - Süleyman Soylu FHN-in Mobil səhra hospitalına gələrkən bildirib.
***
Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mobil səhra hospitalına gəlib.
"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, nazir hospitalda yaradılmış şəraitlə tanış olub.
FHN-in Tibb Mərkəzinin poliklinika şöbəsinin terapevti tibb xidməti kapitanı Qurban Eyvazov Süleyman Soyluya şəraitlə bağlı məlumat verib.


Şərhlər