"Bu gün deputat həmkarlarım Elnur Allahverdiyev, Mahir Abbaszadə, Tahir Mirkişili, Məşhur Məmmədov, İqbal Məmmədov, Rəşad Mahmudov və Anar Məmmədov ilə birlikdə Bakı İdman Sarayında Türkiyədə zəlzələdən zərər çəkmiş qardaş və bacılarımıza yardım məqsədilə təşkil edilən kampaniya ilə tanış olduq. Könüllülərimizə dəstək verdik, onlarla söhbət etdik, onları ruhlandırdıq".
"AzPolitika.info” xəbər verir ki, bu fikirləri deputat Etibar Əliyev öz "facebook" səhifəsindən paylaşıb.
Deputat qeyd edib ki, gənclərimizə xüsusi təşəkkür düşür: "Heydər Əliyev Fondunun təşəbbüsünə qoşulub canla-başla vətəndaşlıq borcunu yerinə yetirən gəncliklə fəxr edirik. Xalqımızın mütəşəkkil surətdə, könüllü, səmimi şəkildə bu ümummilli aksiyaya qoşulması hər bizimizi fərəhləndirir. Vətəndaşlarımızın türk qardaşlarımıza verdiyi dəstək Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olduğunu bir daha sübut etdi".
"İdman sarayının zalı son iki gündə dəfələrlə dolub-boşalıb. Təşkilatçılıq yüksək səviyyədədir. Gətirilən yardımlar xüsusi yoxlanışdan sonra səliqəli formada təyinatı üzrə qutulara yerləşdirilir və qardaş Türkiyəyə göndərilir. Biz də yardımlarımızı çatdırdıq. QARDAŞ TÜRKİYƏ bu çətin durumdan alnıaçıq, dəyanətlə çıxacaq və daha güclü olacaq." - deyə, Etibar Əliyev bildirib.








Şərhlər