Menu

Magistraturaya sənəd qəbulu başa çatıb

10.02.2023, 10:53
Magistraturaya sənəd qəbulu başa çatıb

2023/2024-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına sənəd qəbulu başa çatıb.

"Report" xəbər verir ki, ümumilikdə 18 722 bakalavr ərizəsini təsdiq edib.

Onlardan 17 188-si Azərbaycan, 1 534-ü isə rus bölməsi üzrə təhsilini bitirənlərdir.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının I cəhdi fevralın 19-da, II cəhdinin isə iyunun 11-də keçirilməsi nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol