ZƏLZƏLƏ ZONASINDA “ORQAN MAFİYASI”... – Dağıntılar altından xilas edilən 4 uşaq yoxa çıxıb

Fevralın 6-da Kahramanmaraşda baş verən və 10 şəhərdə böyük dağıntılara, insan tələfatına səbəb olan dəhşətli zəlzələni fürsətə çevirən bəzi şəxslər və qruplar, Türkiyənin bu çətin durumundan istifadə etməyə, öz çirkin və kriminal əməllərini gerçəkləşdirməyə çalışırlar.

Məsələn, zəlzəni fürsət bilən PKK-YPG terror qruplaşması Tel-Rıfat Öncüpınar sərhəd polis məntəqəsinə hücum etdi, məhkumlar Hatay həbsxanasında üsyan çıxardı, suriyalılardan ibarət xuliqan dəstələr bölgəyə göndərilən yardım avtomobillərini yağmalamağa çalışdı və s. Daha təhlükəlisi isə odur ki, zəlzələ həm də “orqan mafiyası”nın aktivləşməsinə səbəb olub.

“AzPolitika.info” xəbər verir ki, Türkiyə mətbuatında gedən bir sıra xəbərlərə görə, orqan tacirləri kiçik qruplar halında zəlzələ bölgəsinə axın etməyə başlayıblar. Onların zəlzələ nəticəsində valideynlərini itirən və ya dağıntılar altından xilas edilən uşaqları oğurlamağa çalışdıqları bildirilir. Qeyd olunur ki, artıq dağıntılar altından sağ çıxarılan uşaqlarla bağlı axtarış elanlarının sayı artmağa başlayıb. Hatayda aparılan axtarış-xilasetmə əməliyyatları zamanı xilas edilən 4 uşağın itkin düşdüyü bildirilir. Xilasedicilərin verdiyi məlumata görə, dağıntılar altından çıxarılan uşaqlar “Uşağın anasını tanıyıram, valideynləri çıxarılana qədər uşağa maşınımda baxacağam” deyən qadına təhvil verilib. Bu üsulla uşaqları xilasedicilərdən təhvil alan şəxslər, daha sonra bölgəni tərk ediblər. Uşaqlardan birinin valideyni Tuncay Alpaslan övladının qaçırılmasından şübhələndiyni bildirib: “Xəsarət almayan insanlar soyuq hava səbəbindən ətrafdakı avtomobillərə aparılırdı. Süleyman xilas edilən zaman bir qadın “Uşağın anasını tanıyıram, sən onları xilas edənə qədər uşağı maşında saxlayacam” deyərək övladımı maşınına mindirib. İndiyə qədər ondan heç bir xəbər ala bilməmişik.”

Uşaqların itkin düşməsinin qarşısının alınması üzrə Beynəlxalq Dərnəyin qurucusu Ümit Hakan Karakaya, zəlzələ bölgəsində yaşayan sakinlərə xəbərdarlıq edib: “Hazırda başqa şəhərlərdən gələn insanların uşaqları oğurladıqları barədə xəbərlər eşidirik. Yardım üçün rayona üz tutanların böyük əksəriyyəti xoş niyyətli və zəhmətkeş insanlardır. Lakin onların arasında bədxah adamların ola biləcəyini nəzərə alsaq, uşaqları heç kimə hvil vermək olmaz. Uşaqlar tanış olduqlarını desələr belə, heç kimə verilməməlidir”. Həyata Dəstək Dərnəyinin İdarəetmə üzvü və Uşaq Qoruma Sektor müdiri Özlem Gegez bölgədə uşaqların qaçırılma riskinin olduğunu bildirib: “Uşağın bölgədə tək qalması böyük təhlükədir. Məsələn, bu gün bir körpə tapıldı. Kimsə xarici nömrəli avtomobillə onu ərazidən aparmışdı. Bu vəziyyətdən sui-istifadə edənlər, adam oğurluğu və orqan alverilə məşğul olanlar ola bilər”.

Daha əvvəl də baş verib

17 avqust 1999-cu iildə baş verən Mərmərə zəlzələsindən sonra 120-yə yaxın ailənin indiyə qədər uşaqlarından xəbər ala bilmədiyi qeyd olunur. İnternet resurslarında olan məlumata görə, Kocaeli və Adapazarının müxtəlif bölgələrində itən 100 uşaqdan yalnız 4-ü tapılıb. Həmçinin Gölcük zəlzələsindən sonra itkin düşən 17 nəfərin də taleyi naməlum olaraq qalır.

“AzPolitika.info”

635x100

Şərhlər

!!! 2023-02-11 12:43:00

t.ədalət, yanlışlıq etdim, üzürlü hesab edin: Rusiya yox, RUSLAR.

t.ədalət 2023-02-10 15:24:48

Uşaq oğruları da,orqan tacirləri də kürdlərdir.Onlar kürd uşaqlarını da oğurlamaqdan çəkinmirlər.

Son yazılar