Menu

Zəlzələdən sonra yer qabığında 400 kilometrlik qırılma xətti meydana gəlib - VİDEO

10.02.2023, 16:16
Zəlzələdən sonra yer qabığında 400 kilometrlik qırılma xətti meydana gəlib - VİDEO

Fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində baş verən dəhşətli zəlzələ nəticəsində meydana gələn qırılma xəttinin yeni görüntüləri ortaya çıxıb.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kahramanmaraşın Tevekkeli kəndindən paylaşılan görüntülərdə yer qabığının üst hissəsində qırılma xəttlərinin yarandığı görünür.

Zəlzələ nəticəsində meydana gələn müxtəlif qırılma seqmentlərinin 400 kilometr uzunluqda və 8-10 kilometr dərinlikdə olduğu bildirilir.

Həmin görüntüləri təqdim edirik:


Şərhlər

Neft mexaniki B. 2023-02-10 20:26:37

Yer Aləminin yek Allahı biz bəndələri, bütöv Kürəmizi bütün təbii və süni (hərbi təcavüzlər və müharibələrdən) fəsad, fəlakət və faciələrdən qqorusun. Bir xətli zəlzələnin parametləri onun güclü, dərin və nisbətən uzun müddətli *təbii fəlakət* dalğası kimi təsdiq edir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol