Menu

AKP-li deputatın 11 yaxın qohumu həlak olub – “Millətimizin dərdinə şərik olmaqla dərdimizi dindiririk"

10.02.2023, 17:18
AKP-li deputatın 11 yaxın qohumu həlak olub – “Millətimizin dərdinə şərik olmaqla dərdimizi dindiririk"

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Hataydan seçilmiş millət vəkili Hüseyn Yayman Kahramanmaraşda baş verən iki böyük zəlzələdə ailəsinin 11 üzvünü itirib.

Zəlzələdən keçən beşinci gündə millət vəkili “Twitter” hesabından açıqlama verərək, üzüntüsünü paylaşıb: “Gül qoxulu bacımı, sirdaş qardaşımı, dəyərli bibimi, dəyərli dayımı, Əminə bibimi, qardaşım oğlu Bestami, Mehmeti, Merveni, Zehranı, əmimin həyat yoldaşı və qızları da daxil olmaqla 11 qohumumu itirdim. Millətimizin dərdinə şərik olmaqla dərdimizi dindiririk.. Bu böyük acını qardaş kimi birləşərək adlada bilərik".

Yayman ailəsinin üzləşdiyi faciə ilə bağlı "Fox.tv"-yə  bunları deyib:“Allah verdi, Allah aldı deyirik. Biz buna qədər deyirik. Nə edək, qardaş, sən de, gəl edək. Kaş lazımi tədbirləri görəydik, kaş evlərimizi daha möhkəm edəydik”.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol