Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələ nəticəsində Türkiyənin 10 şəhərində 6 mindən çox bina dağılıb.
“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “The NewYork Times” nəşri xüsusi texnologiya ilə Kahramanmaraşdakı dağıntıların miqyasınının foto-anlizini aparıb.
Təhlildə yeraltı təkanların çox şiddətli olduğu vurğulanıb.
“The New York Times”ın bölgədəki müxbirlərinin məlumatına görə, Kahramanmaraşın mərkəzində qəzalı vəziyyətə düşən 200-ə yaxın bina artıq sökülüb. Bildirilib ki, şəhərin mərkəzindəki hündürmərtəbəli binalara daha çox ziyan dəyib, şəhərdən kənardakı yaşayış məntəqələrində isə dağıntının miqyası nisbətən az olub.
Nəşr yazır ki, dağılan binaların əksəriyyəti 8-10 mərtəbəli olub.Həmçinin qeyd olunub ki, Kahramanmaraşın mərkəzində, yəni zəlzələnin episentrində əhalinin sıxlığı yüksək olub, binaların aşağı mərtəbələrində isə mağazalar və restoranlar yerləşib.
“AzPolitika.info”





Şərhlər