Bu gün Bakıdan Türkiyənin Kahramanmaraş şəhərinə 2-ci mobil səhra hospitalı yola salınıb.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəis müavini Ərəstun Əliyev məlumat verib.
O, bildirib ki, hospitalda qəbul çeşidləmə, sarğı, laboratoriya, reanimasiya və iki əməliyyat bloku fəaliyyət göstərəcək:
"Hospitalda fəaliyyər göstərən həkimlər, 18 nəfər tibb personalı, hərbi səhra şəraitində fəaliyyət göstərən peşəkar cərrahlardan, travmatoloqlardan, reanimatoloqlardan, torakal cərrahlardan ibarətdir. Hospital hər bir tibbi avadanlıqla, dərman prepaparatları, sarğı materialları və reaktivlərlə təmin olunub".


Şərhlər