Menu

Xilasedicilər azərbaycanlı tələbələrin olduğu uçquna daxil oldu – “Bir saat ərzində onların taleyi bilinəcək” (FOTO)

11.02.2023, 17:31
Xilasedicilər azərbaycanlı tələbələrin olduğu uçquna daxil oldu – “Bir saat ərzində onların taleyi bilinəcək” (FOTO)

“Xilasedicilər günlərdir aramsız çalışmalardan sonra Malatyada azərbaycanlı tələbələrin uçqun altında qaldığı binaya daxil ola bildilər. Bir saat içində onların durumuna aydınlıq gələcək”. 

“AzPolitika.info” xəbər verir ki, bunu Türkiyə Prezident ofisində çalışan azərbaycanlı professor Aygün Attar sosial şəbəkədəki hesabında yazıb. “Bütün darda olanları qurtar, Allahım”,- deyə dua edən professor tələbələrin ailələri və yaxınlarının da binanın qarşısında gözlədiklərini vurğulayıb.

Xatırladaq ki, zəlzələ zamanı azərbaycanlı tələbələr Gündüz Nəzarzadə, Hümam İsmayıllı, Samir Quliyev və Şahin Vəliyev dağıntılar altında qalıb. Onların sağ olduğu ehtimal edilir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol