Şənbə günü axşam Gürcüstanın qərbində 4,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, zəlzələ yerli vaxtla saat 19:33-də (Bakı vaxtilə üst-üstə düşür – red.) baş verib. Onun episentri Ozurqeti şəhərindən (Quriya vilayətinin mərkəzi) 7 kilometr şərqdə, Vakijvari kəndi yaxınlığında olub.
Zəlzələnin mənbəyinin 5 km dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.
Mənbə: İnterfaks
Acınız acımızdır’ deyərək altındakı döşəyi, üstündəki yorğanı, üzərindəki paltosunu və cibindəki pulu ölkəmizə göndərən bütün azərbaycanlı bacı-qardaşlarımız var olsun! pic.twitter.com/xHzWd7q13u
— Cahit Bağcı (@cahitbagci) February 11, 2023


Şərhlər