Menu

Ukrayna aviasiyası gün ərzində Rusiya ordusuna 19 zərbə endirib

12.02.2023, 10:38
Ukrayna aviasiyası gün ərzində Rusiya ordusuna 19 zərbə endirib

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası son sutka ərzində Rusiya ordusunun cəmləşdiyi ərazilərə 19 zərbə endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində bildirilib.

Məlumatda deyilir ki, Ukrayna əsgərləri bundan başqa, zenit-raket komplekslərinin mövqelərinə daha iki zərbə endiriblər.

"Müdafiəçilərimiz həmçinin Su-25 təyyarəsini və "Orlan" tipli PUA-nı vurublar. Raket və artilleriya bölmələri düşmənin canlı qüvvəsinin cəmləşdiyi 14 ərazini və zenit-raket kompleksini vurub", - məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol