Selçuk Bayraktardan zərərçəkənlərə 1,8 milyard yardım - Əlavə 1000 mənzil bağışlayır + VİDEO

“Baykar Makine” şirkəti fəlakət qurbanlarının daimi sığınacaq ehtiyaclarını həll etmək üçün AFAD ilə koordinasiyalı şəkildə min ev bağışlayacaqlarını açıqlayıb.

 Selçuk Bayraktar yayımladığı videokı açıqlamasında “BAYKAR şirkəti olaraq min ev bağışlayırıq”,-deyə bildirib.

Baykar İdarə Heyətinin sədri və Texnologiya Lideri Selçuk Bayraktar, şirkətin sosial media hesablarında paylaşdığı videoda bunları deyib: "“Baykar Makine” şirkəti olaraq, problemin həlli üçün AFAD ilə koordinasiyalı şəkildə 1000 ev bağışlayaraq #Mənzil Səfərbərliyinə başlayırıq. Ümumi yardım məbləğimiz 1 milyard 855 milyon TL-dir. Yaralarımızı birlikdə sağaldacağıq. Bölgədəki təcili sığınacaq ehtiyacını da dəstəkləmək üçün "BAYKAR Konteyner Şəhəri"ni işə salırıq. Zələzələ qurbanı olan qardaşlarımız evləri təhvil verilənə kimi, burada yaşaya biləcəklər. Bu çətin günləri birlikdə keçəcəyik".

635x100

Şərhlər

Tahir 2023-02-13 12:00:38

Bu evlərin tikintisi ilə birlikdə təxminən 220-250 milyon manat həcmində yardım deməkdir. Böyük hərflərlə vətənpərvər beləsinə deyilir.

Türk Turan 2023-02-13 11:57:45

Maşallah, Allah razı olsun!

Son yazılar