Peşəkar mühafizə xidməti “Security Operation Services” (SOS) uğurlu fəaliyyəti və sosial layihələrdə fəal iştirakı ilə daim Azərbaycan dövlətçiliyinin və xalqının yanında olduğunu, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətini dəstəklədiyini ifadə edir.
Qeyd edək ki, "SOS" MMC iki ilə yaxın bir müddətdə Birinci və İkinci Qarabağ müharibələrində iştirak edən 300 nəfəri işlə təmin edib. Bundan başqa, şirkət digər sosial layihələrdə də fəal şəkildə iştirak edir.
"AzPolitika.info" xəbər verir ki, "SOS" MMC fevralın 6-sında qardaş Türkiyə Respublikasında baş verən təbii fəlakətlə bağlı ölkəmizdə təşkil olunan yardım kampaniyalarında da aktivlik nümayiş etdirir. Belə ki, "SOS" MMC-nin rəhbər heyəti öz əməkdaşları ilə birlikdə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksində, "Doğtaş" mebel salonunun qarşısında və Əl Oyunları Sarayında toplanan yüklərin çeşidlənməsində və daşınmasında aktiv köməklik göstərib.

Mənəvi yardımlarıyla yanaşı, şirkət Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna 111 111. 11 TL maddi yardım ianə edib. "SOS" MMC-nin seçdiyi bu simvolik məbləğ təsadüfi deyil. Bununla bu ağır gündə qardaş Türk xalqı ilə bir sıra düzülüşündə durduğumuz, yəni həmrəyliyimiz və qardaşlığımız ifadə olunur.
"AzPolitika.info"




















Şərhlər