"ERMƏNİSTAN MİNGƏÇEVİR SES-i RAKETLƏ VURMAQ İSTƏYİRDİ..." - Prezident açıqladı

“Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanı bir daha bəlli oldu”.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük istilik elektrik stansiyasının təməlqoyma mərasiminə həsr olunmuş tədbirdə söyləyib.

Dövlətimizin başçısı deyib ki, o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini, o cümlədən Mingəçevir Elektrik Stansiyasını da uzaqmənzilli raketlərlə atəşə tutmuşdu: “Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar