Menu

"ABŞ-a məxsus hava şarları hava məkanımıza 10-dan çox qeyri-qanuni uçuş edib" - Çin XİN

13.02.2023, 13:34
"ABŞ-a məxsus hava şarları hava məkanımıza 10-dan çox qeyri-qanuni uçuş edib" - Çin XİN

Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ səmasında Çinin hava şarlarının görünməsi ilə bağlı qalmaqala reaksiya verib.

APA xəbər verir ki, bu barədə “Reuters“ yazıb.

XİN-dən bildirilib ki, ötən ilin 1 yanvar tarixindən etibarən ABŞ-a məxsus hava şarları Çinin hava məkanına 10 dəfədən çox qeyri-qanuni uçuş edib.

Xatırladaq ki, ABŞ tərəfi artıq 4 ədəd uçan obyekti vurduğunu bildirib. Həmçinin əlavə olunub ki, Huron gölü üzərində vurulan dördüncü obyekt forma və ölçü baxımından şara bənzəmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol