Menu

Volodin Ermənistana xəbərdarlıq edib

13.02.2023, 16:18
Volodin Ermənistana xəbərdarlıq edib

Avropa institutları istiqamətində bəyanatlar verənlər sadəcə olaraq öz ölkəni itirəcəklər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaşeslav Volodin Milli Məclisinin sədri Sahibə Qafarova ilə Qarabağda vəziyyətin nizamlanmasına dair müzakirə zamanı deyib.

O, Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həllinə nail olunmadığını deyib.

“Ona görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər 10 dəfə düşünməli və Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında bunun necə bitəcəyini ölçməlidir. Sülh istəyən, vəziyyəti həll etmək istəyən hər kəs nəinki bu kvazi-parlamentlərdən - istər AŞPA-dan, istərsə də Avropa Parlamentindən uzaq durmalıdır, həm də aydın başa düşməlidir ki, onların iştirakı vəziyyəti gərginləşdirəcək, getdikcə daha çox problemlər yaradacaq. Əgər onlar bunu edərlərsə, o zaman nəticələrinə görə məsuliyyət daşımalıdırlar”, - deyə Vyaçeslav Volodin Ermənistana xəbərdarlıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol