İtaliya iqtisadiyyatı 4 ildir geriləyir
İtaliya iqtisadiyyatı 2014-cü ilin üçüncü rünübdə də geriləyib.
İtalyanın ümumi daxili məhsulu 2014-cü ilin üçüncü rünübdə 0.1% geriləyib. Ölkə iqtisadiyyatı ikinci rübdə 0.2% geriləmişdi. İqtisadçılar İtaliya iqtisadiyyatının 0.1% geriləyəcəyini gözləyirdilər.
Avro Bölgəsinin üçüncü böyük iqtisadiyyatı olan İtaliyada ümimi daxili məhsul, son 13 rübün 11-ində geriləyib. Ölkədə işsizlik nisbəti rekord yüksək səviyyələrdədir. İtaliyanın Baş naziri Matteo Renzi 2 trilyon avronun (2.50 trilyon dollar) üzərindəki dövlət borcunun qarşısını alaraq gələn il üçün 0.6% artım gözləyir.
AZƏRBAYCANIN ƏN BÖYÜK TİCARƏT TƏRƏFDAŞIDIR
Qeyd edək ki, İtaliya uzun illərdir Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bu ilin 10 ayı ərzində Azərbaycandan İtaliyaya 4, 37 milyard dollarlıq mal göndərilmişdir ki, bu da ixracın təxminən 23%-nə bərabərdir. /"Marja"


Şərhlər