Humanitar yaradım məqsədi ilə Türkiyəyə gələn xarici axtarış-xilasetmə qruplarından bir neçəsi ölkələrinə qayıtmağ qərar veriblər.
“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər veri ki, Kahramanmaraşda baş verən və 10 vilayətdə hiss edilən dəhşətli zəlzələnin səkkizinci günündə xaricdən gələn axtarış-xilasetmə qruplarının bir neçəsi ölkələrinə geri dönüblər.
Məlumata görə, onlarla insanı xilas edən İspaniya qrupu axtarış-xilasetmə fəaliyyətlərini dayandıraraq ölkələrinə qayıdıblar. Lakin İspaniyanın 500 hərbçidən ibarət kontingenti humanitar yardımların paylanması mqəsədilə bölgədə qalıb.
İsraildən gələn “Hatzallah” komandası və Yunanıstanın axtarış-xilasetmə qrupları missiyalarını başa vuraraq ölkələrinə qayıdıblar. Yunanıstan hökuməti humanitar yardım fəaliyyətlərini davam etdirəcəyini açıqlayıb.
Avstriya və Almaniyadan olan qruplar təhlükəsizlik səbəbiylə dayandırdıqları axtarış-xilasetmə işlərini davam etdirmək qərarına gəliblər.
Bundan başqa, İsrail, Rusiya, Azərbaycan, Belarus və Qazaxıstandan daxil olmaqla 50-yə yaxın ölkənin axtarış-xilaetmə qrupları isə fəaliyyətlərini davam etdirir.
“AzPolitika.info”


Şərhlər