Menu

“Kahramanmaraşa gəlmək mənim vicdan borcum idi” - Azərbaycanlı könüllü

13.02.2023, 21:57
“Kahramanmaraşa gəlmək mənim vicdan borcum idi” - Azərbaycanlı könüllü

“Kahramanmaraş şəhərinə gəlmək mənim vicdan borcum idi”.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə şəxsi hesabına könüllü gələn Vüsal Rüstəmov deyib.

“Burada axtarış-xilasetmə əməliyyatlarına qoşuldum, meyitlərin çıxarılmasında iştirak etdim. Bundan sonra Azərbaycandan gələn könüllülərə qoşulacam. Kahramanmaraşın kəndlərində gedib insanlara kömək edəcəm”, - o bildirib.

Qeyd edək ki, V.Rüstəmov fevralın 7-dən Kahramanmaraş şəhərində könüllü olaraq fəaliyyət göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol