Menu

Rumıniyada zəlzələ baş verdi

14.02.2023, 07:47

Bazar ertəsi Rumıniyada 5,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 97,1 min nəfərə yaxın insanın yaşadığı Tarqu Jiu şəhərindən 14 km şimal-qərbdə yerləşib. Mənbə 8 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. (Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol