“2014-cü ilin 10 ayı ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 26 milyard 556 milyin 795 min ABŞ dolları təşkil etmişdir. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 7,78 % azdır”- Gömrük Komitəsi bildirir.
İDXAL 17,6%, İXRAC İSƏ 3,6% AZALIB
Yanvar-oktyabr ayları ərzində idxal əməliyyatları keçən ilin müvafiq dövrünə nisbətən 17,06 % azalaraq 7 milyard 361 milyon 856 min ABŞ dolları, ixrac əməliyyatları isə 3,65 % azalaraq 19 milyard 194 milyon 939 min ABŞ dolları təşkil etmişdir.
SALDO ARTIB
Bu ilin 10 ayında ticarət əməliyyatları üzrə saldo 11 milyard 833 milyon dollar olub. Keçən ilin eyni dövründə bu göstərəci 11 milyard 44 milyon dollar idi.
Ekspertlər idxalı azalmasını dövlət investisiyalarının azalması ilə əlaqələndirirlər. İxracın azalması isə neftin qiymətinin aşağı düşməsi və özəl sektorun ixracının azalması ilə bağlıdır. /"Marja"


Şərhlər