Ermənistanın keçmiş müdafiə naziri, parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan dindirilmək üçün Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.
“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, ondan paytaxtı tərk etməmək barədə yazılı öhdəlik götürülüb.
Qeyd olunur ki, sabiq nazir ittihamı qəbul etmədiyini bildirərək yazılı ifadə verməyib. Bu məlumatı qəzetə sabiq nazirin özü də təsdiqləyib.
Bundan əvvəl Baş prokuror Anna Vardapetyanın vəsatəti əsasında parlament Seyran Ohanyanı deputat toxunulmazlığından məhrum edib.
Xatırladaq ki, Baş Prokurorluğun hazırladığı cinayət işinin materiallarına görə, Ohanyanın göstərişi ilə iki hərbi hissənin əraziləri və binaları bazar qiymətlərindən xeyli aşağı qiymətə satılıb. Torpaqlardan birinin real alıcısı bu bölmələrdən birinin komandiri Qriqori Xaçaturov olub.Lakin ərazi formal olaraq onunla bağlı olan Edqar Arşakyanın adına sənədləşdirilib. Xaçaturovun real alıcı olmasını onun sonradan bu obyekti iki dəfə banka girov qoyması sübut edir. Əsl alıcı Müdafiə Nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi şöbəsinin keçmiş rəisi Armen Akopyan olub.
Eyni zamanda, müdafiə tərəfi Müdafiə Nazirliyindən Silahlı Qüvvələrin bu obyektlərə ehtiyacının qalmaması ilə bağlı heç bir əsaslandırma təqdim etməyib.
Rasim
“AzPolitika.info”


Şərhlər