Menu

Zəlzələ Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə necə təsir göstərəcək? – İqtisadçı açıqladı

14.02.2023, 11:27
Zəlzələ Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə necə təsir göstərəcək? – İqtisadçı açıqladı

Türkiyədəki zəlzələnin iqtisadi nəticələri ilə yanaşı qonşu ölkələrlə ticari dövriyyəsinə təsirləri də xüsusi müzakirə olunur.

Xatırladaq ki, Türkiyə Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı xarici ticarətdə ikinci ən böyük tərəfdaşıdır. 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6 milyard dollara yaxınlaşıb. 2021-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 4 milyard 661 milyon dollar olmuşdu. Ötən ilin 11 ayında Türkiyəyə 3 milyard 323 milyon dollarlıq ixrac etmişik, qardaş ölkədən isə 1 milyard 48 milyon dollarlıq idxalımız olub.

Belə olan halda zəlzələnin nəticələri Azərbaycan Türkiyə iqtisadi əlaqələrinə necə göstərəcək?

İqtisadçı deputat Vüqar Bayramov qardaş Türkiyənin ölkəmizin qeyri-neft ixracatında ikinci əsas tərəfdaşı olduğunu xatırladır. Onun sözlərinə görə, 3 milyard dollarlıq enerjidən kənar ixacatımızın təxminin 1/3-i Türkiyənin payına düşür. “Son illər qardaş ölkəyə ixrac etdiyimiz qeyri-neft məhsullarının dəyərində artım qeydə alınır. Bununla yanaşı, hələ də Türkiyə ilə ticarət dövriyyəmizdə enerji məhsulları əsas paya malik olmaqdadır. Xüsusən də qardaş ölkəyə mavi qaz ixracatında artımlar qeydə alınır”, - o əlvə edib.

İqtisadçı hesab edir ki, “Əsrin fəlakətinin” coğrafiyasını və Türkiyəyə ixracatımızın strukturuna diqqət yetirsək, deyə bilərik ki, zəlzələ iki ölkə arasındakı iqtisadi əlaqələrə xüsusi neqativ təsir göstərməyəcək: “2023-cü ildə də ölkələr arasındakı enerji əməkdaşlığının güclənəcəyi gözlənilir. Qeyri-neft sahəsindəki əməkdaşlıq da bu il davam etdiriləcək. Bu baxımdan, enerji məhsullarının qiymətlərində düşüşlər olmazsa, Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsində hər hansı ciddi azalma gözlənilmir”.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol