“ZƏLZƏLƏ VƏ DÖVLƏT...” – Türkiyə böhranlı vəziyyətdən necə xilas ola bilər?

“Əsrin fəlakətinin baş verdiyi ilk anlardan özünü büruzə verən milli həmrəylik ruhunun davamlılığı və dövlətə inamın daimiliyi çox vacib bir məsələdir. Bu boşboğazlıq deyil! Biz doğrudan da böyük bir millətik və minlərlə illik ənənəsi olan dövlətin varisləriyik. Böyük bir fəlakətin baş verdiyi bir vaxtda, bəzi insanların oturduğu yerdən danışdığının, müxalifətçilik etmək üçün fürsət axtardığının şahidi oluruq və əslində buna təəccüblənmirik. Amma...

Dövləti və hazırkı iqtidarı məhkəməsiz edama məruz qoyanlar oturub düşünsünlər ki, bu ölkəni zərrə qədər də olsa sevirlərmi? Dağıntının baş verməsi, miqyası və şiddəti kompüter oyunlarındakı kimi baş verməyib. Hazırda insan faktoru ilə başlayan, bir çox gözləntilərin tez bir zamanda qarşılanması istənən, lakin hər kəsin ağlına uyğun hərəkət etməməsini zəruri edən bir vəziyyət mövcuddur. Unutmadan onu da qeyd edim ki, bu gün kim nə edirsə öz vicdanı və məsuliyyəti üçün edir. Prezident üçün nəsə etmiş və ya etməmiş olmur”.

“AzPolitika.info” xəbər verir ki, bunu Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Okan Müderrisoğlu “Zəlzələ və dövlət” başlıqlı məqaləsində bildirib.

Kahramanmaraşdakı müşahidələri əsasında siyahı hazırlayan O. Müderrisoğlu, yaranmış vəziyyətdən çıxmaq üçün dövlətin həll etməli olduğu əsas məsələləri açıqlayıb:

* “Böhran masasının toplanması, fəlakətin ölçüsünün müəyyən edilməsi;

* Axtarış-xilasetmə qruplarının hazırlanması və onların zəlzələ zonasına göndərilməsi;

* Xarici mütəxəssislərlə koordinasiya üçün dil bilən kadrların təyin edilməsi və bu komandaların əsas ehtiyaclarının ödənilməsi;

* İnşaat maşınlarının və generatorların tədarükü;

* Konteynerlərin, ədyalların, qızdırıcıların tədarükü və ehtiyacı olanlara sürətlə paylanması;

* Əlillərə və qocalar üçün sığınacaqların yaradılması;

* Hadisə yerinə təcili tibbi yardım əməkdaşlarının köçürülməsi;

* Sahə xəstəxanasının yaradılması;

* Yetərli sayda təcili tibbi maşınlarının göndərilməsi;

* Zəlzələ qurbanlarının və zərərçəkənlərin təxliyəsi üçün hava körpüsünün yaradılması, dənizdən çatdırlma xidmətinin işə salınması;

* Zəlzələdən sağ çıxanların ictimai binalarda və qapalı olan ictimai yerlərdə müvəqqəti yaşayışının təmin edilməsi;

* Kifayət qədər vaksin ehtiyatının saxlanması və epidemiya riskinə qarşı gigiyena tədbirlərinin görülməsi;

* Dərmanların xroniki xəstələrə paylanması;

* Davamlı ünsiyyət;

* Sahədə çalışan vətəndaşların və personalın qida ehtiyaclarının ödənilməsi;

* Davamlı yanacaq təminatı;

* Təhlükəsizliyin təmin edilməsi, talan və oğurluğun qarşısının alınması;

* İşıq, təbii qaz, su şəbəkəsinin işlək vəziyyətə gətirilməsi;

* Səyyar tualetlərin quraşdırılması;

* Ətraf mühitin təmizlənməsi;

* Zəlzələdən zərər çəkənlərə psixoloji yardımın göstərilməsi;

* Uşaqları qorumaq və onları travmalardan uzaq tutmaq;

* Qaynar xəttin sahə ilə effektiv inteqrasiyası;

* Şəhərdən kənara çıxan vətəndaşların səyahət və yaşayış imkanlarının təmin edilməsi;

* Dəfn, morq və dini xidmətlərin şəxsiyyəti müəyyən edilməklə həyata keçirilməsi;

* Beynəlxalq yardım da daxil olmaqla hər cür ianə və dəstəyin əlaqələndirilməsi;

* Yolların təmiri;

* İctimai binaların, enerji obyektlərinin, bəndlərin və hava limanlarının xidmətə hazır vəziyyətdə saxlanılması və nəzarət edilməsi;

* Dezinformasiya ilə mübarizə;

* Zəlzələ bölgəsində yerli və xarici KİV üçün yayım yerlərinin müəyyən edilməsi;

* Zərərin qiymətləndirilməsi;

* Təcili yardım ödənişlərinin başlanması;

* Vergi, sığorta, kredit borclarının və su, telefon və elektrik kimi fakturaların təxirə salınması;

* Hüquqi araşdırmanın açılması və məsul şəxslərin müəyyən edilməsi;

* Çürük binalar tikənlərin və tikdirənlərin ölkəni tərk etmələrinin qarşısnın alınması;

* Dağıntıların təmizlənməsi;

* Şəxsi əşyaların ev sahiblərinə və ya ailə üzvlərinə çatdırılması;

* Yeni şəhər planlaması;

* Təhsil xidmətlərinin bərpası;

* Normal həyat axarına keçmək və bu müddət ərzində zəlzələ qurbanlarının yanında olmaq!”

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar