Menu

“Qara gün” dostlarını unutmayacağıq” - Ərdoğan

14.02.2023, 16:08
“Qara gün” dostlarını unutmayacağıq” - Ərdoğan

“Qara gün” dostlarını unutmayacağıq. Bu fəlakət beynəlxalq həmrəyliyin əhəmiyyətini göstərdi”.

“AzPolitika.info” xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Dünya Hökuməti Zirvəsinə göndərdiyi videomüraciətdə deyib.

Video mesajla da olsa, zirvə iştirakçıları ilə görüşməkdən məmnun olduğunu ifadə edən Ərdoğan, təbii fəlakətlə bağlı Türkiyənin yanında olan ölkələrə təşəkkürünü bildirib: “Bəzi ölkələr zəng etməklə, bəziləri xilasetmə qrupları göndərməklə, bəziləri isə yardım kampaniyaları təşkil etməklə Türkiyə ilə həmrəy olduqlarını nümayiş etdirdilər. Bir daha sizin hüzurunuzda millətimiz üçün yardım toplayan, gecə-gündüz demədən öz qrupları ilə birlikdə axtarış-xilasetmə mübarizəmizə dəstək olan, dualarında bizləri unutmayan bütün dost və qardaş ölkələrə təşəkkür edirəm”.

“Koronavirus pandemiyası dövrüdndə bütün dünyaya göndərdiyimiz yardımlarda Mövlananın “Ümidsizliyin ardından nə qədər ümidlər var, qaranlığın ardından nə qədər günəşlər var” kəlamını şüar kimi qəbul etmişdik. Bu gün Afrikadan Asiyaya, Amerikadan Balkanlara, Avropadan Körfəz bölgəsinə qədər yüz milyonlarla dost və qardaşın bizə uzatdığı kömək əllərinin şahidi oluruq. İmkanları məhdud olsa da, sərvətlərini ölkəmizə göndərən bütün qardaş-bacılarıma Allah razı olsun deyirəm!”,-deyə Ərdoğan qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol